25 Avqust 17:35 “Real”ın yarımmüdafiəçisi “Marsel”də
FUTBOL xəbərləri 25 Avqust 17:35
569 baxış

“Real”ın yarımmüdafiəçisi “Marsel”də

“Real” yarımmüdafiəçisi Lukas Silvanı yola salıb. Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, braziliyalı futbolçu Fransaya köçüb.

 

Çünki Silva “Marsel” klubu ilə anlaşıb. Klublar arasında baş tutan danışıq müsbət nəticələnib və “Marsel” 22 yaşlı oyunçunu bir illik icarəyə götürüb. Maraqlıdı ki, bu keçid fransızlara havayı başa gəlib.

 

Qeyd edək ki, Braziliyanın gənclər millisinin sabiq üzvü “Real”a bu ilin yanvarında “Kruzeyro”dan keçmişdi.

Xəbər lenti