14 İyul 20:00 “Rəqib imkan versə, qələbə üçün oynayacağıq” – "Rudar"ın baş məşqçisi
FUTBOL xəbərləri 14 İyul 20:00
4309 baxış

“Rəqib imkan versə, qələbə üçün oynayacağıq” – "Rudar"ın baş məşqçisi

“Sabah bizi çətin oyun gözləyir. “Qarabağ”ı yaxşı tanıyırıq”. Apasport.az saytının məlumatına görə, bunu “Rudar”ın baş məşqçisi Mirko Mariç deyib. Monteneqro çempionu UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında sabah “Qarabağ”ın qonağı olacaq. Mariç oyun öncəsi mətbuat konfransında şansları dəyərləndirib:

 

“Qarabağ” ötən mövsüm Avroliqanın qrup mərhələsində oynayıb. Heyətini də qoruya bilib. Ötən aylarda da onların bəzi oyunlarını izlədik. Fikrimcə, əsl Avropa komandasıdı. Rəqibə hörmətlə yanaşırıq. Amma futbolda bəzən uduzub, bəzən qələbə qazana bilirsən. Biz sabah uğurlu nəticə qazanmağa çalışacağıq”.

 

Baş məşqçi “Qarabağ”ın futbolçularını yaxşı tanıdığınıı bildirib: “Qarabağ”da köhnə futbolçular çoxluq təşkil edir. Bilirik ki, maddi imkanları yaxşıdı. Futbolçularının da səviyyəsi çox yüksəkdi”.

 

Mariç Monteneqronun digər təmsilçisi “Mladost”un “Neftçi” ilə Avroliqa oyunları barədə də fikrini bildirib: “Mladost”la “Neftçi”nin hər iki oyununa baxmışdıq. Ancaq “Qarabağ” “Neftçi”dən daha güclüdü. Bu baxımdan bizim işimiz daha çətin olacaq”.

 

Monteneqro çempionunun çalışdırıcısı heyətlə bağlı problemlərinin olmadığını əlavə edib: “Bir nəfər zədəli futbolçumuz var. Yaponiyalı oyunçudu. Təlim-məşq toplanışında xəsarət alıb. Başqa heç bir problemimiz yoxdu”.

 

Mariç sabah tribunaların dolu olmasının onlara problem yaradacağından narahatdı: “İki il əvvəl Avropa Liqasında Polşa klubuna qarşı oyuna 30 min tamaşaçı gəlmişdi. “Qarabağ” belə azarkeş önündə oynamağa öyrəşib. Amma biz 1000-1200 azarkeş önündə çıxış edirik. Bu baxımdan sabah azarkeşlərin çoxluğu bizə problem yarada bilər, ancaq rəqib də imkan versə, sabah qalib gəlmək üçün oynayacağıq.”.

Xəbər lenti

Xəbər lenti