4 Sentyabr 23:34 “Rəqibin imkan verdiyi qədər oynaya bildik” – Yaşar Vahabzadə
FUTBOL xəbərləri 4 Sentyabr 23:34
630 baxış

“Rəqibin imkan verdiyi qədər oynaya bildik” – Yaşar Vahabzadə

“Avstriya yığmasının oyunlarının videoyazısına baxmışdıq. Bilirdik ki, rəqibimiz sürətli və aqressiv oyuna üstünlük verir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan U-21 milli komandasının baş məşqçisi Yaşar Vahabzadə deyib.

 

Avro-2017-nin seçmə mərhələsi çərçivəsində avstriyalı həmyaşıdları ilə oyundan 0:2 hesablı məğlubiyyətlə ayrılan millilərimizin çalışdırıcısı oyun haqqında fikirlərini açıqlayıb:

 

“Futbolçularımıza buna uyğun tapşırıqlar vermişdik. Təəssüf ki, bu gün rəqibin imkan verdiyi qədər oynaya bildik. Bu cür vacib oyunlarda heç bir futbolçu özünəinam hissindən məhrum olmamalıdır. Qarşıda daha bir çətin oyunumuz var. Emosiyaları arxa plana keçirib səhvlərimizi təhlil etməli, həmin qarşılaşmaya hazırlaşmalıyıq”.

Xəbər lenti

Xəbər lenti