28 Avqust 19:07 “Rəqibləri zəif və güclüyə bölmürük” – Aleksey Antonov
FUTBOL xəbərləri 28 Avqust 19:07
1048 baxış

“Rəqibləri zəif və güclüyə bölmürük” – Aleksey Antonov

“Qəbələ”nin hücumçusu Aleksey Antonov Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib. Apasport.az saytının məlumatına görə, UEFA-nın rəsmi saytına danışan Antonov qrupdakı bütün rəqiblərin güclü olduğunu bildirib:

 

“Biz nəyə doğru gedirdiksə, onu da əldə etdik. Güclü və məşhur klublarla qarşılaşacağıq. Bizi 6 ağır oyun gözləyir. Rəqiblər arasında ayrı-seçkilik etmir, onları zəif və güclülərə bölmürük.

 

Bütün rəqiblər təhlükəlidi. Biz rəqiblərimizə hörmətlə yanaşırıq”.

Xəbər lenti