27 Avqust 23:07 Rəşad Sadıqov: Bu, birlikdə qazandığımız qələbədi!
FUTBOL xəbərləri 27 Avqust 23:07
2032 baxış

Rəşad Sadıqov: Bu, birlikdə qazandığımız qələbədi!

"Bütün azarkeşləri, "Qarabağ"sevərləri, xalqımızı təbrik edirik. Bu, birlikdə qazandığımız qələbədi". Apasport.az saytının xəbərinə görə, bu sözləri "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov deyib.

 

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Yanq Boyz"u hər iki oyunda məğlub edən "Qarabağ" Azərbaycan futbolu tarixində yeni səhifə açıb. İlk dəfə bir klubumuz qrup mərhələsində ikinci dəfə oynamaq hüququ əldə edib.

 

Oyunla bağlı fikirlərini açıqlayan kapitan çətinliklər haqda bunları deyib: "Şükürlər olsun ki, üzərimizə düşəni edə bildik. Meydança haqda danışmaq istəmirəm. Çünki "Seltik"lə qarşılaşmadan sonra da bu haqda danışmadıq. Qazonun durumu müəyyən çətinliklər yaratdı, amma bu hər iki komandaya aid idi. Hətta bizim üçün çətinlik daha çox oldu. Çünki futbolçularımız topla çox oynamağı sevirlər, qazon da yaxşı olmayanda bu problem yaradır. Komanda yoldaşlarımla fəxr edirəm. Mübariz oyun nümayiş etdirdirlər. Məşqçilərimiz də hesabı qorumaq üçün deyil, qələbə qazanmaq üçün mübarizə aparacağımızı tapşırmışdı".

 

Kapitan sonda bu matçı cari avrokubok oyunlarında komandasının ən yaxşı çıxışı kimi dəyərləndirib, eyni zamanda "Qəbələ"yə uğurlar arzulayıb.

 

Xəbər lenti