4 Sentyabr 01:03 Rəşad Sadiqov: Bu, uğurlu seriyadı və davamını gətirməliyik
FUTBOL xəbərləri 4 Sentyabr 01:03
1082 baxış

Rəşad Sadiqov: Bu, uğurlu seriyadı və davamını gətirməliyik

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə baş tutan oyuna ikinci hissədə qoşulan Rəşad Sadiqov qarşılaşma başa çatdıqdan sonra apasport.az saytının da əməkdaşının suallarını cavablandırıb.

 

- Oyunun bu qədər çətin keçəcəyini gözləyirdinizmi?

- Ağır oyun oldu. Rəqibimiz Avropanın güclü komandalarından birdi. Səfərdəki 0:6 hesablı yenilgiyə görə, komandamız hirsli idi. Fikrimcə, Xorvatiya kimi iddialı komanda ilə heç-heçə etmək pis nəticə deyil. Əksinə, qazandığımız 1 xalı yaxşı nəticə hesab etmək olar.

 

- Meydana ikinci hissədə daxil oldunuz. Baş məşqçi Robert Prosineçki sizə konkret olaraq hansı tapşırıqları verdi?

- Prosineçki hər bir futbolçuya ürək-dirək verir. Psixoloji baxımdan oyuna yaxşı kökləyir. O bizə Xorvatiya yığmasının üzvlərindən zəif olmadığımızı bildirdi. Taktiki tapşırıqlar da öz yerində. Məncə, bu  matçda komandanın bütün üzvləri yaxşı oynadı.

 

- Bu nəticə Malta ilə oyuna müsbət təsir edəcəkmi?

- Əlbəttə, təsir edəcək. Yığma son 3 rəsmi oyununda qapısından qol buraxmayıb. Bir qələbə qazanıb, iki heç-heçə edib. Bu uğurlu seriyadı və davamını gətirməliyik. Bu hirslə, istəklə oynasaq, Maltanı da məğlub edəcəyik.

 

- AFFA-nın prezidenti Rövnəq Abdullayev futbolçularla görüşündə nə dedi?

- Təbrik etdi. Xorvatiyadakıı oyunda baş verən yenilginin qisasını ala bilməsək də, ürəyindəki tikanı çıxardığımızı dedi.

 

- Mükafatla bağlı konkret rəqəm söylədimi?

- Bizim 3 gündən sonra Malta ilə səfərdə oyunumuz var. Hamımız diqqətimizi həmin oyuna yönəltmişik. Yəqin ki, bu dueldən sonra nəsə deyiləcək. Futbolumuzu oynamalıyıq, mükafat özü gələcək. 

Xəbər lenti