16 Oktyabr 18:27 Rəşad Sadıqov debüt etdi, komandası mövsümdə ilk qələbəyə sevindi - YENİLƏNİB
FUTBOL xəbərləri 16 Oktyabr 18:27
2712 baxış

Rəşad Sadıqov debüt etdi, komandası mövsümdə ilk qələbəyə sevindi - YENİLƏNİB

Türkiyə çempionatında VIII turun oyunları start götürüb. Apasport.az saytının xəbərinə görə, Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu “Əskişəhərspor” öz meydanında “İstanbul Böyükşəhər Bələdiyyəspor”la qarşılaşıb.

Meydan sahiblərinin start heyətində həmyerlimiz də meydana çıxıb. Bununla, da Sadıqovun “Əskişəhərspor”da debütü baş tutub.

Oyuna gəlincə, futbolçumuzun komandası 36-cı dəqiqədən etibarən azlıqda olmasına baxmayaraq, mövsümdə ilk qələbəsini qazanıb. 33 dəqiqədə Karadenizin vurduğu qolla “Əskişəhərspor” uğursuz seriyaya son qoyub.

İndi Sadıqovun komandasının 8 oyundan 6 xalı var. “Əskişəhərspor” bundan əvvəl 4 dəfə meydanı məğlub tərk edib, 3 dəfə heç-heçə oynamışdı.

Xəbər lenti