12 Noyabr 16:55 Rəşad Sadıqov milli komanda ilə vidalaşdı
FUTBOL xəbərləri 12 Noyabr 16:55
5728 baxış

Rəşad Sadıqov milli komanda ilə vidalaşdı

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov millinin düşərgəsini tərk edib. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb 33 yaşlı müdafiəçinin məşqdə zədə alması olub.

 

Sadıqov noyabrın 17-də Moldova ilə keçiriləcək yoldaşlıq oyununda iştirak etməyəcək. Bu görüş yığmamızın cari ildə son qarşılaşması olduğundan, kapitan ən azı gələn ilə kimi milli ilə vidalaşıb.

 

Daha öncə Ruslan Abışov da zədə səbəbindən yığmanın düşərgəsini tərk etmişdi. Dmitri Nazarov isə analoji səbəbdən millinin toplanışına qatılmamışdı.

 

Əvəzində Ürfan Abbasov və Ağabala Ramazanov yığmanın heyətinə cəlb olunmuşdular.

 

Qeyd edək ki, Azərbaycan – Moldova matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.