24 Avqust 11:39 “Rəvan” Gürcüstan klubu ilə qarşılaşacaq
FUTBOL xəbərləri 24 Avqust 11:39
324 baxış

“Rəvan” Gürcüstan klubu ilə qarşılaşacaq

Topaz Premyer Liqasının ilk 3 turunda 2 xal toplayan “Rəvan” milli komandanın seçmə mərhələ oyunları ilə bağlı yaranmış fasilədən yararlanmaq niyyətindədi. Apasport.az saytının məlumatına görə, komanda Gürcüstana yollanmağı planlaşdırır.

 

Sabah “Dalğa Arena”da I divizion təmsilçisi “Ağsu” ilə yoxlama görüşü keçirəcək Emin Quliyevin komandası avqustun 26-da təlim-məşq toplanışı üçün Zaqatalaya gedəcək. Paytaxt təmsilçisi orda iki həftəlik təlim-məşq toplanışı planlaşdırır. Bakılıların hətta Gürcüstana yollanma ehtimalı da var. Quliyev yetirmələrini Gürcüstan klublarından biri ilə yoxlama görüşündə sınayacaq. Oyun ya qonşu ölkədə, ya da Zaqatalada baş tutacaq. Hazırda bir neçə klubla danışıqlar aparılır.

 

Qeyd edək ki, “Rəvan” ilk 3 turda “Sumqayıt” və “Xəzər Lənkəran”la heç-heçə edib, “Qarabağ”a məğlub olub.

Xəbər lenti

Xəbər lenti