10 Sentyabr 14:05 “Rəvan” özbəkistanlı futbolçu ilə müqavilə bağladı - FOTO
FUTBOL xəbərləri 10 Sentyabr 14:05
752 baxış

“Rəvan” özbəkistanlı futbolçu ilə müqavilə bağladı - FOTO

“Rəvan” PFK daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Klubdan apasport.az saytına verilən məlumata görə, paytaxt təmsilçisi bir həftə baxışda olan özbəkistanlı Alibobo Raxmatullayevlə müqavilə bağlamağı məqsədəuyğun sayıb.

 

Azad agent statusu daşıyan 24 yaşlı yarımmüdafiəçi 1,5 illik sözləşməyə imza atıb.

 

Qeyd edək ki, Özbəkistan millisinin heyətindən 1 oyun keçirən Raxmatullayev “Rəvan”da 10 nömrəli forma ilə çıxış edəcək.

 

Xəbər lenti