16 Oktyabr 21:23 "Rəvan" "qırmızı"ya düşdü - YENİLƏNİB
FUTBOL xəbərləri 16 Oktyabr 21:23
9786 baxış

"Rəvan" "qırmızı"ya düşdü - YENİLƏNİB

Milli komandaların seçmə mərhələ oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilə başa çatıb. Apasport.az saytının məlumatına görə, bu gün VIII turun açılış matçı keçirilib.

 

Turnir cədvəlinin “zirzəmi”sində qərarlaşan “Rəvan” “Bayıl Arena”da “Kəpəz”i qəbul edib. Bu mövsüm qələbə üzünə həsrət qalan Emin Quliyevin yetirmələri uğursuz seriyaya son qoya bilməyiblər.

 

3 qırmızı vərəqənin göstərildiyi oyunda gəncəlilər iki cavabsız qolla qalib gələrək Bakıdan 3 xalla ayrılıb.

 

Topaz Premyer Liqası

VIII tur

16 oktyabr (cümə)

 

“Rəvan” – “Kəpəz” - 0:2

Qol: Julien Ebah, 48, Juninyo, 50

Qırmızı vərəqələr: Kənan Manafov, 58, Novruz Məmmədov, 86, Orxan Lalayev, 90+1 (hamısı "Rəvan")

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mübariz Haşımov, Munis Abdullayev
AFFA nümayəndəsi:Vaqif Davudov
Hakim-inspektor:Füzuli Nəcəfov
“Bayıl Arena”

 

“Rəvan”: 32. Kostyantin Maxnovskiy, 21. Novruz Məmmədov, 6. Vüqar Bəybalayev, 16. Orxan Lalayev, 14. Elvin Əliyev, 92. Yamin Ağakərimzadə, 20. Kənan Manafov, 8. Məmməd Quliyev, 11. Şeriff Suma, 17. Ramazan Abbasov(k), 22. Məhəmməd Alıyev

Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 4. Kənan Müslümov, 99. Nicat Muxtarov, 77. Cavad Kazımov, Elvin Həsənəliyev, 28. Xanlar Teymurov, 19. Tural Qürbətov


“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 13. Şəhriyar Rəhimov, 25. Şəhriyar Əliyev, 3. Tərlan Quliyev, 8. Budaq Nəsirov, 7. Juninyo, 27. Bəxtiyar Soltanov, 10. Dario Federiko Junior, 68. Rəşad Eyyubov, 19. Aleksandr Sitnik

Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 23. Tural Nərimanov, 6. Ceyhun Cavadov, 9. Murad Ağakişiyev, 15. Azad Kərimov, 90. Julien Ebah, 80. Tural Rzayev

 

 

 

1.

“Qarabağ”

7

5

2

0

13:6

17

2.

“Qəbələ”

7

5

1

1

16:4

16

3.

“Zirə”

7

4

3

0

7:2

15

4.

“İnter”

7

4

1

2

5:5

13

5.

“Kəpəz”

8

3

2

3

9:7

11

6.

“Neftçi”

7

2

3

2

7:7

9

7.

“Xəzər Lənkəran”

7

1

3

3

5:11

6

8.

“Sumqayıt”

7

0

4

3

4:8

4

9.

AZAL

7

1

1

5

2:8

4

10.

“Rəvan”

8

0

2

6

4:14

2

Xəbər lenti