25 İyul 01:22 Reynaldo və Teliyə qırmızı vərəqə verən hakim “Qəbələ”nin oyununda!
FUTBOL xəbərləri 25 İyul 01:22
8624 baxış

Reynaldo və Teliyə qırmızı vərəqə verən hakim “Qəbələ”nin oyununda!

UEFA Avropa Liqası III tur matçında “Qəbələ” Limasol “Apollon”u ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, artıq Kiprdə keçiriləcək ilk qarşılaşmanın hakimləri bəlli olub.

 

Belə ki, “Qəbələ”nin səfər oyununda ədaləti ukraynalı hakimlər briqadası qoruyacaq.

 

Matçın baş hakimi Sergey Boyko, köməkçiləri isə Aleksandr Korniyko və Volodimir Volodin təyin olunub.

 

Anatoli Abdula isə qarşılaşmanın 4-cü hakimi olacaq.

 

Matçın hakim inspektoru Almaniyadan Yogen Ştrigel, UEFA nümayəndəsi isə İsraildən Ronen Herşo olacaq.

 

Əlavə məlumat üçün bildirək ki, oyunun baş hakimi Boyko Azərbaycan klubları üçün tanış hakimdi. Belə ki, ukraynalı, iyulun 23-də Bakıda baş tutan “İnter” – “Hafnarfyordur” qarşılaşmasında 4-cü hakim kimi iştirak edib.

 

Ancaq bu hakim azarkeşlərin futbol ictimaiyyətinin yaddaşında daha fərqli oyunla qalıb. Ötən il, iyulun 30-da baş tutan “Qarabağ” – “Zalsburq” oyununun da əsas söz sahibi olan ukraynalı həmin matçda ağdamlıların heyətindən iki oyunçunu – Admir Teli və Reynaldonu meydandan qovaraq diqqət mərkəzinə gəlmişdi.

 

Qeyd edək ki, qarşılaşma iyulun 30-u Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xəbər lenti