14 Avqust 13:25 “Robben üçün təklif göndərdik” - “Fənərbaxça” rəsmisi
FUTBOL xəbərləri 14 Avqust 13:25
1174 baxış

“Robben üçün təklif göndərdik” - “Fənərbaxça” rəsmisi

Transfer dönəminin hərəkətli komandalarından olan “Fənərbaxça” ulduz oyunçu keçidindən doymur. Apasport.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “sarı-lacivərdlilər” “Bavaraya”nın yarımmüdafiəçisi Aryen Robbenə təklif göndəriblər.

 

Bunu yerli KİV-ə klub rəsmisi İlhan Ekşioğlu deyib. İdarə Heyətinin üzvü daha bir transfer edəcəklərini bildirib: “Robbenin transferi üçün bütün fədakarlığı etdik, “Bavariya”ya sərfəli təklif göndərdik. Ancaq təəssüf ki, klubu onu buraxmadı. Buna baxmayaraq, sağ cinaha mütləq hücumameyilli bir oyunçu transfer edəcəyik. Volkan Şəndən sonra ən azı daha 1 oyunçu alacağıq”.

 

Qeyd edək ki, “Fənərbaxça” yay fasiləsində Luiş Nani, Robin van Persi və Simon Kyaer kimi ulduz futbolçuları transfer edib.

Xəbər lenti