9 İyun 13:11 Robert Prosineçki: Onda hər şeyi görəcəyik
FUTBOL xəbərləri 9 İyun 13:11
1061 baxış

Robert Prosineçki: Onda hər şeyi görəcəyik

“Azərbaycan çox sürətlə inkişaf edən ölkədi. Burada idmana böyük investisiyalar qoyulur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

 

Xorvatiyalı mütəxəssis Serbiya ilə yoldaşlıq oyunundan (1:4) sonra bu ölkənin mətbuatına müsahibə verib. Futbolçu və baş məşqçi kimi bağlı olduğu “Srvena Zvezda” ilə bağlı sualları cavablandıran Prosineçki Azərbaycan futbolu və Bakı haqda da danışıb: “Bizim əsas hədəfimiz növbəti seçmə mərhələ ilə bağlıdı. Bu da Rusiyada keçiriləcək DÇ-2018-in seçmə mərhələsidi. Onda hər şeyi görəcəyik. Lakin biz gündən-günə inkişaf etmək istəyirik. Mən Bakıda yaşayıram. Bakı böyük, müasir və gözəldi. Bu şəhər möcüzədi. Gündən-günə inkişaf edir.  Belə bir şəhərdə yaşamaq çox xoşdu. Mən də Azərbaycandakı fəaliyyətimin sonradan da xatırlanacaq qələbə və uğurlar qeyd etmək istəyirəm”.

 

Qeyd edək ki, Prosineçki millimizin baş məşqçisi postunda 2 oyun keçirib.

 

Xəbər lenti