28 Avqust 13:05 Robert Prosineçki: Püşkatmanı böyük maraqla gözləyirəm
FUTBOL xəbərləri 28 Avqust 13:05
1950 baxış

Robert Prosineçki: Püşkatmanı böyük maraqla gözləyirəm

“Qarabağ” və “Qəbələ” klublarını uğurlu nəticə münasibətilə təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki deyib.

 

Xorvatiyalı mütəxəssis AFFA-nın saytına açıqlamasında UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış “Qarabağ” və “Qəbələ” klublarını təbrik edib: “Bu, Azərbaycan futbolu üçün önəmli hadisədir. Ümid edirəm ki, klubların əldə etdiyi nəticə Azərbaycan milli komandasının da uğurlu çıxışın müsbət təsir göstərəcək. Bugünkü püşkatmanı böyük həvəs və maraqla gözləyirəm. “Qarabağ” və “Qəbələ”yə qrup mərhələsində uğurlar arzulayıram”.

Xəbər lenti