16 Mart 11:29 Robert Prosineçkidən Kamran Ağayevə yeni xəbər
FUTBOL xəbərləri 16 Mart 11:29
2843 baxış

Robert Prosineçkidən Kamran Ağayevə yeni xəbər

“Kamran Ağayev Malta ilə oyuna çağırılacaq. Qolkiper son 2 oyunda çıxış etdiyi “Kayserispor”a kömək edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosinçeki deyib.

 

Bakı-2015-in çimərlik futbolu yarışlarının bu gün keçirilən püşkatma mərasiminə qatılan xorvatiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, Türkiyənin I liqa təmsilçisi “Kayserispor”da çıxış edən Kamran Ağayev martın 28-də keçiriləcək Malta ilə AVRO-2016-nın seçmə oyununa dəvət ediləcək: “Ağayev iki çempionat oyunundan əvvəl kubok  matçının da iştirakçısı olmuşdu. Onun oyun təcrübəsi bir müddət azalsa da, artıq qaydasına düşür. Martın 22-də başlayacaq hazırlıqlara onu da dəvət edib, kimin daha hazırlıqlı olduğunu müəyyənləşdirəcəm. Heyəti ayın 19-da açıqlamaq istəyirəm. Burada 95 faiz klubunda daim oynayan futbolçular yer alacaq”.

Xəbər lenti