26 İyul 17:14 Robert Prosineçkinin keçmiş tələbəsi “Zirə”də - FOTO
FUTBOL xəbərləri 26 İyul 17:14
1247 baxış

Robert Prosineçkinin keçmiş tələbəsi “Zirə”də - FOTO

Premyer Liqaya hazırlığı Türkiyənin Ərzurum şəhərində davam etdirən “Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, debütant serbiyalı mərkəz müdafiəçisi Yovan Krneta ilə anlaşıb.

 

Klub saytından bildirilib ki, yeni oyunçu ilə bir illik müqaviləyə imza atılıb. Yovan artıq Ərzurumdadır və komandanın düşərgəsinə qoşulub.

 

Bildirək ki, Krneta Serbiyanın “Partizan” klubunun yetirməsidir. Yeniyetmə yaşlarından “Partizan”ın əsas komandasına cəlb olunsa da, oynamaq şansı qazanmayıb. Belədə Yovan 2011-ci ilin yanvar ayında “Partizan”ın əzəli rəqibi “Srvena Zvezda” ilə müqavilə bağlayıb. Əvvəlcə klub rəhbərliyi onu oyun təcrübəsi qazanmaq üçün icarəyə verib.

 

2012-ci ildə isə millimizin hazırki baş bəşqçisi Robert Prosineçki “Srvena Zvezda”da çalışarkən müdafiəçini komandaya qaytarıb. Ötən il “Radniçki” ilə anlaşan 23 yaşlı Krneta bu ilin əvvəlində Ukraynanın “Çernomorets” klubuna keçib. Komandasının müdafiə xəttinin liderlərindən olan Yovan müqaviləsi başa çatdığı üçün yayda Ukraynadan ayrılıb.

 

“Zirə”nin yeni futbolçusu həmçinin, 19 yaşa qədər futbolçulardan ibarət Serbiya yığmasında da çıxış edib və Avropa çempionatında forma geyinib. 

Xəbər lenti