8 İyun 14:20 Robert Prosineçkinin mətbuat konfransının vaxtı açıqlandı
FUTBOL xəbərləri 8 İyun 14:20
480 baxış

Robert Prosineçkinin mətbuat konfransının vaxtı açıqlandı

Norveç - Azərbaycan oyunu öncəsi keçiriləcək açıq məşq və mətbuat konfranslarının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsində iyunun 12-də keçiriləcək qarşılaşmasından 1 gün əvvəl hər iki komandanın baş məşqçisi media nümayəndələri önünə çıxacaq.

 

Skandinaviyalıların çalışdırıcısı Per-Matias Hoqmo iyunun 11-də, Bakı vaxtı ilə saat 20:30-da jurnalistlərin suallarını cavablandıracaq. Yığmamızın xorvatiyalı baş məşqçisi Robert Prosineçki isə saat 23:15-də mətbuat konfransı keçirəcək.

 

Norveç milli komandası

11 iyun, saat 17:30 (Bakı vaxtı ilə 20:30)

“Ullevol” stadionu

Baş məşqçinin mətbuat konfransı

 

11 iyun, saat 18:00 (Bakı vaxtı ilə 21:00)

“Ullevol” stadionu

Mətbuat və azarkeşlər üçün ilk 15 dəqiqəsi açıq məşq

 

Azərbaycan milli komandası

11 iyun, saat 20:15 (Bakı vaxtı ilə saat 23:15)

“Ullevol” stadionu

Baş məşqçinin mətbuat konfransı

 

11 iyun, saat 20:45 (Bakı vaxtı ilə saat 23:45)

“Ullevol” stadionu

Mətbuat və azarkeşlər üçün ilk 15 dəqiqəsi açıq məşq

 

Qeyd edək ki, Norveç – Azərbaycan oyunu Oslo şəhərindəki “Ullevol” stadionunda keçiriləcək.

 

Mənbə: affa.az