9 Oktyabr 11:00 Robert Prosineçkinin uğuru təkrarlandı
FUTBOL xəbərləri 9 Oktyabr 11:00
550 baxış

Robert Prosineçkinin uğuru təkrarlandı

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin futbolçu vaxtı imza atdığı uğur təkrarlanıb. Apasport.az saytı xəbər verir ki, buna “Barselona”nın və Xorvatiya yığmasının üzvü İvan Rakitiç imza atıb.

 

Məsələ burasındadı ki, 27 yaşlı yarımmüdafiəçi ölkəsinin “Veçerni List” qəzeti tərəfindən 2015-ci ildə Xorvatiyanın ən yaxşı oyunçusu seçilib. Nəticədə Robert Prosineçkidən sonra bu mükafata layiq görülən “Barselona”da oynamış ikinci futbolçu olub.

 

Qeyd edək ki, bu vaxta qədər əfsanəvi futbolçu Davor Şuker, hazırda karyerasını davam etdirən Luka Modriç və Mario Mandzukiç də həmin mükafatın qalibi olub. 

Xəbər lenti