15 Avqust 22:46 Roman Qriqorçuk: Sevinirəm ki, xal itirmədik
FUTBOL xəbərləri 15 Avqust 22:46
7782 baxış

Roman Qriqorçuk: Sevinirəm ki, xal itirmədik

“Sevinirəm ki, 3 xal qazandıq. Heyətdə müəyyən dəyişikliklər etmişdik. Bu rəqibdən asılı deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Topaz Premyer Liqasının II turunda səfərdə AZAL-ı məğlub edən (2:0) bölgə klubunun baş məşqçisi oyun haqqında fikirlərini bildirb:

 

“Ümumiyyətlə, mən rəqibin zəif olmasını düşünmürəm. Bildiyiniz kimi,  Avropa Liqasında mübarizəni davam etdiririk. Avropada meydançaya az çıxanlara şans vermişdik. Eyni zamanda, reqlamentə görə  bəzi dəyişikliklər etmişdik. Sevinirəm ki, dəyişikliklərin fonunda xal itirmədik”.