16 Oktyabr 10:04 Ronaldo Messini özünə rəqib saymadı: Levandovski şou göstərir
FUTBOL xəbərləri 16 Oktyabr 10:04
3144 baxış

Ronaldo Messini özünə rəqib saymadı: Levandovski şou göstərir

Ötən mövsüm ən çox qol vuraraq “Qızıl buts”a layiq görülən Kriştianu Ronaldo yenə bu mükafata iddialıdı. Apasport.az saytı xəbər verir ki, portuqaliyalı ulduz hətta rəqiblərinin də adlarını açıqlayıb.

 

Maraqlıdı ki, Ronaldo “Qızıl buts” uğrunda mübarizə aparacağı rəqibləri arasında “Barselona”nın lideri Lionel Messinin adını çəkməyib: “Bu titulu almaq mənim üçün çox önəmlidi. Əvvəllər düşünürdüm ki, 1-2 dəfə bu mükafatı alaram, amma artıq 4 oldu. Ümid edirəm ki, gələn il də birinci olaram. Ancaq ciddi rəqiblərim var. Ueyn Runini bəyənirəm, Serxio Aquero formadadı, Robert Levandovski isə şou göstərir. Kərim Benzema da günündə olanda çox təhlükəli olur”.

 

Ronaldo Arda Turanın “Barselona”ya transferini də dəyərləndirib. O, türkiyəli yarımmüdafiəçinin çıxışını çox bəyəndiyini söyləyib: “Arda bacarığı ilə La Liqaya rəng qatır. Onun “Barselona”ya keçidi hər kəsi təəccübləndirdi. Yanvar ayına qədər oynamaması üzücü məqamdı. Həm bir futbolçu, həm də azarkeş kimi belə düşünürəm. Hamı onun meydançada olmasını istəyir. Ümid edirəm ki, bu problem tezliklə yoluna qoyular”.

 

Qeyd edək ki, Kriştianu Ronaldo 2014/15 mövsümündə 35 matçda 48 qola imza atıb.

Xəbər lenti