15 Sentyabr 14:15 Ronaldo “Real”dan getmək istəyir
FUTBOL xəbərləri 15 Sentyabr 14:15
1547 baxış

Ronaldo “Real”dan getmək istəyir

Madrid “Real”ının ulduz futbolçusu Kriştianu Ronaldo mövsümün sonunda komandasını dəyişmək niyyətindədi. Apasport.az saytı xəbər verir ki, 30 yaşlı hücumçu “kral klubu”nun prezidenti Florentino Peresdən küsüb.

 

Belə ki, Peresin Ronaldonu tənqid etməsi Portuqaliya yığmasının üzvünün narazılığına səbəb olub. Nəticədə o, agentinə müraciət edərək, gələn yay “Real”dan ayrılmaq istədiyini bildirib.

 

Ronaldonun xidmətində PSJ və “Mançester Yunayted” klubları maraqlıdı. Xüsusilə Fransa təmsilçisi təcrübəli futbolçunu heyətinə qatmaqda israrlıdı.

 

Qeyd edək ki, 2009-cu ildən “Real”ın formasını geyinən Ronaldo hazırkı komandasında ümumilikdə 303 oyunda 318 qola imza atıb. 

Xəbər lenti