31 Avqust 11:50 Rumıniya yığmasının hücumçusu PAOK-a keçdi
FUTBOL xəbərləri 31 Avqust 11:50
1201 baxış

Rumıniya yığmasının hücumçusu PAOK-a keçdi

“Qəbələ”nin UEFA Avropa Liqasındakı rəqiblərindən olan PAOK heyətini gücləndirib. Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, Saloniki təmsilçisi Çiprian Mariqa ilə anlaşıb.

 

Ötən mövsümü “Konyaspor”da keçirən Rumıniya millisinin hücumçusu zədələr və baş məşqçi Aykut Kocamanla arasında yaranan problemə görə, çox az oynamaq imkanı əldə edib. Bu səbəbdən komandadan ayrılmaq istəyən 30 yaşlı forvard vaxtilə Almaniyada bir yerdə çalışdığı PAOK-un idman direktoru Frank Arnesendən bu komandaya transfer olunmasını xahiş edib. Daha sonra klublar arasında danışıq olub və türklər onu satmağa razılıq veriblər. Bu transfer müqabilində PAOK qarşı tərəfə 1 milyon avro ödəyib. Mariqanın yeni komandasında illik məvacibi 600 min avro təşkil edəcək.

 

Qeyd edək ki, PAOK Avropa Liqasının qrup mərhələsində ilk oyununu “Qəbələ”yə qarşı keçirəcək. Bu görüş sentaybrın 17-də “Bakcell Arena”da oynanılacaq.

Xəbər lenti