9 Sentyabr 08:42 Runi Çarltonun rekordunu yenilədi
FUTBOL xəbərləri 9 Sentyabr 08:42
465 baxış

Runi Çarltonun rekordunu yenilədi

“Mançester Yunayted”in hücumçusu Ueyn Runi İngiltərə yığmasında ən çox qol vuran futbolçu adını ələ keçirib. Apasport.az saytı xəbər verir ki, o, buna Avro-2016-nın seçmə mərhələsində İsveçrə ilə qarşılaşmada nail olub.

 

İngilislərin 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdə ikinci qolu məhz Runi vurub. Nəticədə 30 yaşlı hücumçu millidə vurduğu qolların sayını 50-yə çatdıraraq, əfsanəvi futbolçu Bobbi Çarltonun rekordunu təzələyib.

 

Aktivində 49 qol olan Çarltonun rekordu xeyli müddət idi ki, qüvvədə qalırdı. Lakin millidə 107-ci görüşünə çıxan Runi bunu yeniləməyi bacarıb.

 

 

Xəbər lenti