5 Sentyabr 22:11 Runi rekorda ortaq oldu
FUTBOL xəbərləri 5 Sentyabr 22:11
681 baxış

Runi rekorda ortaq oldu

İngiltərə milli komandasının hücumçusu Ueyn Runi San Marino ilə oyunda hesabı açmaqla rekorda ortaq olub. Apasport.az saytının məlumatına görə, bu qol forvardın milli komanda karyerasındakı 49-cu olub.

 

“Mançester Yunayted”in hücumçusu bu oyunda fərqlənməklə İngiltərə futbolunun əfsanəsi Bobbi Çarltonun rekordunu təkrarlamış olub.

 

Belə ki, hələlik bu iki futbolçu milli komanda tarixində ən çox qol vuran oyunçulardı.

 

Maraqlıdı ki, Bobbi Çarlton ümumilikdə milli komanda ilə 106 oyuna çıxıb və 49 qola imza atıb. Runi isə 106-cı oyununda bu göstəriciyə çatıb.

Xəbər lenti