8 Oktyabr 00:52 Runi sıradan çıxdı
FUTBOL xəbərləri 8 Oktyabr 00:52
502 baxış

Runi sıradan çıxdı

İngiltərə millisinin aparıcı üzvü Ueyn Runi yenidən zədələnib. Apasport.az saytının məlumatına görə, o, komandasının bugünki məşqində iştirak edə bilməyib.

 

Britaniya mətbuatının verdiyi məlumata görə,  Runinin zədəsinin ciddi olub-olmadığı hələlik müəyyənləşməyib. Futbolçu bir müddət öncə də 2 həftəlik sıradan çıxmışdı.

 

Qeyd edək ki, İngiltərə millisi AÇ-2016-nın seçmə mərhələsində oktyabrın 9-a Estoniya, oktyabrın 12-i isə Litva ilə qarşılaşacaq.

Xəbər lenti