19 İyun 18:24 Rus klubu Avrokuboklardan uzaqlaşdırıldı
FUTBOL xəbərləri 19 İyun 18:24
724 baxış

Rus klubu Avrokuboklardan uzaqlaşdırıldı

Moskvanın “Dinamo” klubu UEFA tərəfindən Avrokuboklardan uzaqlaşdırılıb. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, buna səbəb klubun maliyyə “feyr-pley” qaydalarına riayət etməməsi olub.

 

Avropanın ali futbol qurumu moskvalılara 4 il şərti cəza kəsib.

 

Xatırladaq ki, bu mövsüm Rusiya Premyer liqasında 4-cü yer tutaraq UEFA Avropa Liqasında çıxış etməyə haqq qazanan “Dinamo”nu 5-ci yerin sahibi “Rubin” əvəz edəcək.

Xəbər lenti