22 Fevral 22:30 Ruslan Abışov: Bundan sonra hücum futbolu oynayacağıq
FUTBOL xəbərləri 22 Fevral 22:30
2037 baxış

Ruslan Abışov: Bundan sonra hücum futbolu oynayacağıq

“Robert Prosineçkinin rəhbərliyi altında məşqlərimiz uğurlu şəkildə davam edir. Onun gəlişindən sonra millimizin oyununda müsbət istiqamətdə ciddi dəyişikliklər olacaq". Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov deyib.

 

Antalyada toplanışda olan yığmamızın bugünkü məşqindən sonra fikirlərini bildirən 27 yaşlı futbolçu maraqlı fikirlər səsləndirib. Abışov millinin yaxın gələcəkdə baxımlı oyun göstərəcəyinə inandığını bildirib: "Özünüz də görürsüz ki, Prosineçki məşqçi və insan kimi çox yaxşı təsir bağışlayır. Əsas məqsəd Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Bakıda Malta yığması ilə keçiriləcək qarşılaşmaya yaxşı hazırlaşmaqdı. Bu oyunda bütün diqqətimizi yalnız qələbə üçün kökləyəcəyik. Son 2 gündə məşqlərin əsas istiqaməti hücum futbolu üzrədi. Məşq prosesində standart vəziyyətlərə də daha çox diqqət ayrılır. Əminliklə deyə bilərəm ki, bundan sonra millimiz əsasən hücum futbolu nümayiş etdirəcək. Çünki keçdiyimiz məşq prosesində verilən tapşırıqlar, aparılan taktiki söhbətlər bunu göstərir”.

 

Komanda daxilində yaranan müsbət ab-havaya da toxunan “Qəbələ”li futbolçu burada baş məşqçi amilinin böyük rol oynadığını vurğulayıb: “Prosineçki ilə futbolçular arasında da çox yaxşı münasibət var. Fərdi və komanda şəklində geniş söhbətlər edir, psixoloji baxımdan futbolçularda özünəinam hissi yaradır. Bu da gələcək qarşılaşmalarda alınan nəticələrdə öz təsirini göstərəcək”.