19 İyun 15:54 Ruslan Abışov “Qəbələ”dən kənarlaşdırıldı
FUTBOL xəbərləri 19 İyun 15:54
4256 baxış

Ruslan Abışov “Qəbələ”dən kənarlaşdırıldı

Azərbaycan yığmasının futbolçusu Ruslan Abışov “Qəbələ”yə lazım olmayıb. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”la müqaviləsi başa çatan müdafiəçi ilə yeni anlaşma imzalanmayıb.

 

Ötən mövsüm əyalət təmsilçisi ilə Premyer Liqanın bürünc mükafatını qazanan Abışovun “Qəbələ”də qalacağı gözlənilsə də, komandadakı durumundan narazı qalan futbolçu özünə yeni komanda axtarmağa qərar verib.

 

Belə ki, millinin düşərgəsində olduğu üçün əyalət klubunun Türkiyə toplanışında iştirak etməyən müdafiəçinin mövqeyinə yeni, daha güclü oyunçuların transfer olunması Ruslan üçün əsas heyətdə yerini itirmək təhlükəsi yaradıb.

 

Onu güclü rəqabətin gözlədiyini, ehtiyatda qalmaq ehtimalının artmasını görən müdafiəçi “qırmızı-qaralar”ın baş məşqçi Roman Qriqorçukla söhbət edib, “11-lik”də yerinin daimi olması ilə bağlı təminat istəyib. Daha güclü və iddialı komanda qurmaq istəyən mütəxəssisdən belə təminat almaması isə Abışovu qane etməyib.

 

Bir müddət əvvəl “Neftçi”nin də maraq dairəsinə düşən arxa xətt oyunçusunun sabiq komandasına qayıdışı inandırıcı görünmür. Hər halda, maliyyə problemi ilə üzləşən paytaxt təmsilçisi yüksək ödənişli futbolçu transfer etmək fikrində deyil.

 

Abışıovun yenidən “Xəzər Lənkəran”a qayıdacağı bildirilsə də, cənub təmsilçisinin transfer siyahısında olsa belə, onun növbəti mövsümdə “ağ-yaşıl” formanı geyinmək şansı çox azdı.

 

Qeyd edək ki, Abışov 2014/15 mövsümündə “Qəbələ”nin şərəfini qoruyub. O, bu komandanın heyətində 27 çempionat matçında 4 qol vurub.

Xəbər lenti