14 Sentyabr 13:35 Ruslan Abışov “Qəbələ”yə qayıtdı
FUTBOL xəbərləri 14 Sentyabr 13:35
6358 baxış

Ruslan Abışov “Qəbələ”yə qayıtdı

"Qəbələ" Vüqar Nadirovun ardından daha bir futbolçunu rənglərinə bağlayıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” ötən mövsüm “Qəbələ”nin formasını geyinən Ruslan Abışovla anlaşıb.

 

Sabiq kapitanla mövsümün sonunadək müqavilə imzalanıb.


28 yaşlı müdafiəçi 2015-ci ilin yayında "Qəbələ"dən "Xəzər Lənkəran"a keçmişdi. Bunadək Ruslan "Neftçi" (2006-2012), "Xəzər Lənkəran" (2012-2013), "Rubin" (Kazan, Rusiya) (2013-2015) və "Qəbələ"də (2014-2015) çıxış edib. Abışov Azərbaycan millisinin heyətində 45 oyun keçirib və 4 qol vurub.

Xəbər lenti