20 May 16:10 Ruslan Qurbanov “Hayduk”dan ayrılır: Burda qalmayacam!
FUTBOL xəbərləri 20 May 16:10
5848 baxış

Ruslan Qurbanov “Hayduk”dan ayrılır: Burda qalmayacam!

“Gələcək karyeramla bağlı çox düşündüm və axır ki, qərarımı verdim. “Hayduk”da qalmayacam”. Bu sözləri apasport.az saytına açıqlamasında millimizin futbolçusu Ruslan Qurbanov deyib.

 

Transfer hüququ “Neftçi”yə məxsus olan, bu ilin əvvəlindən isə icarə əsasında “Hayduk”da çıxış edən Qurbanov Xorvatiya klubunda qalmaq fikrində deyil. Oyun praktikasının azlığından əziyyət çəkən Ruslan məhz bu səbəbdən Split təmsilçisi ilə vidalaşmağa qərar verib: “Onlar agentimdən xahiş ediblər ki, məni razı salsın, yeni müqavilə bağlayım. Ancaq mən bu fikirdən uzağam. Görürəm ki, burda mənə istədiyim qədər oynamaq şansı vermirlər. Elə bu səbəbdən ayrılmağa qərar vermişəm. “Hayduk”la icarə müqaviləmin müddəti iyunun 15-də başa çatır. İlk olaraq, “Neftçi”yə qayıtmalıyam. Çünki bu klubla hələ 1 illik müqaviləm qalır. Millinin heyətində Norveçdən birbaşa Bakıya qayıdacam və “Neftçi” rəhbərliyi ilə görüşüb, gələcək karyerama aydınlıq gətirəcəm”.

 

“Xəzər Lənkəran”ın maraq dairəsində olan Qurbanov bildirib ki, onun üçün Azərbaycanda qalmaq maraqlı deyil: “Açığı, “Xəzər Lənkəran”da heç kim mənimlə əlaqəyə çıxmayıb. Elbrus Məmmədovla tanışam. Çox yaxşı insan və məşqçidi. Amma o da mənimlə danışıq aparmayıb. Əvəzində başqa təkliflərim var. Həm Xorvatiyanın, həm də Rusiyanın yüksək liqa klubları məni istəyir. Elə bu səbəbdən “Neftçi” rəhbərliyi ilə görüşmək istəyirəm, çünki hazırda bu kluba məxsusam. Transfer vərəqəmi alıb, azad agent olmaq üçün “Neftçi”yə pul ödəməyə də hazıram. Mənim fikrim karyeramı Avropada davam etdirməkdi”.

 

Tengiz MƏMMƏDOV

 

Xəbər lenti