9 Noyabr 12:01 Ruslan Qurbanov üçün “Neftçi”dəki “11-lik” bağlandı
FUTBOL xəbərləri 9 Noyabr 12:01
2365 baxış

Ruslan Qurbanov üçün “Neftçi”dəki “11-lik” bağlandı

“Neftçi”nin futbolçusu Ruslan Qurbanov Azərbaycan çempionatlarında 20-ci qolunu vurub. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının 12-ci turunun “Rəvan”la qarşılaşmasında 2 dəfə fərqlənən hücumçu 20-yə 95-ci matçında çatıb.

 

Premyer Liqadakı əvvəlki 5 mövsümündən dördündə (2010/11 – 0, 2011/12 – 2, 2012/13 – 6, 2013/14 – 4, 2014/15 - 3) 15 qol vuran Qurbanov cari çempionatda 5-ci dəfə rəqib qapısına yol tapıb. Onun “Rəvan”ın qapısına vurduğu ilk top “ağ-qaralar”ın heyətindəki 10-cu qol olub. Sonradan bu rəqəmi 11-ə çatdıran hücumçu “Sumqayıt”da 9 dəfə fərqlənib.

 

Qurbanov hazırda Premyer Liqada çıxış edən oyunçular arasında qol sayı 20 və daha çox olan 19-cu futbolçudu. Bu göstəricidə Rəşad Abdullayev (54), Viktor İqbokoyi (46) və Vaqif Cavadov (43) ilk “üçlük”də qərarlaşıblar.

Xəbər lenti