8 Avqust 22:43 “Sabah məsələyə tam aydınlıq gələcək” – Cavid Hüseynov
FUTBOL xəbərləri 8 Avqust 22:43
7051 baxış

“Sabah məsələyə tam aydınlıq gələcək” – Cavid Hüseynov

"Adımın belə bir məsələdə hallanmasına görə çox üzgünəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Cavid Hüseynov deyib.

 

Jurnalist Rasim Əliyevin döyülməsində qohumlarının günahkar olduğu iddia olunan futbolçu klubun mətbuat xidmətinə verdiyi açıqlamada hadisə ilə bir əlaqəsinin olmadığını bildirib:

 

“Jurnalist Rasim Əliyev "Qəbələ"-"Apollon" matçının ardından jurnalitlərlə söhbət zamanı göstərdiyim jesti əsas gətirərək məni "tərbiyəsiz, əxlaqsız" adlandırmışdı. Mən də məsələ ilə bağlı Rasim Əliyevə zəng etdim. Mədəni insan kimi haqqımda yanıldığını, jesti düzgün anlamadığını, o jesti dostluq mənasında göstərdiyimi söylədim. Əgər mənim və ailəm haqqında məlumat almaq istəyirsə, məhəlləmizə gəlməsini, qonşularımdan, bizi tanıyanlardan əxlaqım, tərbiyəm və ailəm barədə məlumat almasını tövsiyə etdim. O da məni anladı. Anlaşmazlıq olduğunu, Facebook vasitəsilə məndən üzr istəyəcəyini dedi. Normal şəkildə vidalaşdıq. Sonradan baş verənlərdən isə xəbərsizəm. Məsələni araşdırırıq. Yəqin sabah məsələyə tam aydınlıq gələcək"

Xəbər lenti