13 Avqust 11:54 Sabiq “İnter”, “Qarabağ” və “Bakı”lı futbolçular eyni klubda - FOTO
FUTBOL xəbərləri 13 Avqust 11:54
967 baxış

Sabiq “İnter”, “Qarabağ” və “Bakı”lı futbolçular eyni klubda - FOTO

“İnter”in sabiq futbolçusu Baçana Sxadadze özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, ötən mövsüm başa çatan kimi, “bankirlər”lə yollarını ayıran gürcüstanlı hücumçu karyerasını Albaniyada davam etdirəcək.

 

“İnter”in sabiq çalışdırıcısı Kaxaber Sxadadzenin oğlu “Flamurtari” klubu ilə anlaşıb. 28 yaşlı forvard yeni klubu ilə 1+1 illik müqaviləyə qol çəkib.

 

Maraqlıdı ki, “Flamurtari”nin daha 2 transferi azərbaycanlı futbol azarkeşlərinə tanış simadı. 2011/12 mövsümündə “Qarabağ”ın formasını geyinmiş Nderim Nedzipi və 2012/13 mövsümündə “Bakı”nın formasını geyinmiş George Popxadze də yeni mövsümdən “Flamurtari”də çıxış edəcək.

 

Qeyd edək ki, Baçana Sxadadze ölkəmizdə “İnter”lə yanaşı, “Standard” və “Simurq”un da formasını geyinib. O, 2010-2015-ci illərdə “İnter”in heyətində Premyer Liqada 129 oyun keçirib, 36 qola imza atıb.

Xəbər lenti