20 Sentyabr 18:42 “Şadam ki, Gəncədə yenə futbol var” – Qurban Qurbanov
FUTBOL xəbərləri 20 Sentyabr 18:42
4600 baxış

“Şadam ki, Gəncədə yenə futbol var” – Qurban Qurbanov

“İlk növbədə “Kəpəz”ə uğurlar arzu edirəm. Həqiqətən də tərifəlayiq futbol oynadılar. Düşünürəm ki, gələcək daha yaxşı nəticələr əldə edəcəklər. Şahin müəllimə uğurlar diləyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Topaz Premyer Liqasının V turu çərçivəsində Gəncədə “Kəpəz”in qonağı olan ağdamlıların baş məşqçisi 3:2 hesablı qələbədən sonra qarşılaşma haqqında fikirlərini bölüşüb:

 

“Mənim Gəncə şəhərinə başa cür sevgim var. Bu qədim şəhər həmişə maraqlı hadisələrlə yadda qalıb. Şadam ki, Gəncədə yenə futbol var. Azarkeşlər həm məni, həm də komandamı çox yaxşı qarşıladılar. Hesab edirəm ki,  “Kəpəz” Avropa Liqasında oynamağa qadir komandadır. Öz komandama gəldikdə, hər bir oyunçuya təşəkkür edirəm. Ağır səfərdən sonra qayıdıb, qələbə qazandıq. Bir araya gəlib, oyuna ciddi yanaşdıq və nəticə qazandıq”.