28 Avqust 01:11 Sadıq Sadıqovdan “Qarabağ” və "Qəbələ" klublarına təbrik
FUTBOL xəbərləri 28 Avqust 01:11
1635 baxış

Sadıq Sadıqovdan “Qarabağ” və "Qəbələ" klublarına təbrik

“Neftçi İdman Klubu" İctimai Birliyinin idarəetmə aparatının rəhbəri, "Neftçi" PFK Müşahidə Şurasının üzvü Sadıq Sadıqov “Qarabağ” və "Qəbələ" klublarını Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib. Apasport.az saytının xəbərinə görə, Sadıq Sadıqov UEFA Avropa Liqasının pley-off mərhələsində İsveçrə və Yunanıstan təmsilçilşiləri ilə görüşlərdə tarixi zəfərə imza atan "Qarabağ" və "Qəbələ"nin rəhbərliyi, məşqçilər heyəti, futbolçular və bütün əməkdaşlarına gələcək qarşılaşmalarda da uğurlar arzulayıb.

 

Doğma klublarımız "Qarabağ" və "Qəbələ"nin Avropanın böyük futbol ailəsində olmağı tək idman yox, eyni zamanda xalqımızın uğuru baxımından böyük nailiyyət adlandırıb.