24 İyun 19:38 Samuel Eto Antalyada - FOTO
FUTBOL xəbərləri 24 İyun 19:38
636 baxış

Samuel Eto Antalyada - FOTO

Kamerunlu superforvard Samuel Etonun “Antalyaspor”a keçidi artıq rəsmiləşmək üzrədi. Apasport.az saytının məlumatına görə, futbolçu artıq müqavilə imzalamaq üçün Antalyaya gəlib.

 

Bu barədə klubun rəsmi “facebook” səhifəsindən məlumat verilib və foto yayımlanıb.

 

Futbolçu ilə bağlanacaq müqavilənin detalları haqqında məlumat verilmir.

 

Xatırladaq ki, Eto ötən mövsümü İtaliyada “Sampdoriya” klubunda keçirib.

Xəbər lenti