13 Noyabr 10:41 “Sanki bizim futbolçular topu qəbul etdikdən sonra mütləq rəqibini aldatmalıdı” - Nazim Süleymanov
FUTBOL xəbərləri 13 Noyabr 10:41
565 baxış

“Sanki bizim futbolçular topu qəbul etdikdən sonra mütləq rəqibini aldatmalıdı” - Nazim Süleymanov

“Çox məyusam. Fasilədə uşaqlara diqqətli olmağı tapşırdıq. Futbolun dili ötürmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nazim Süleymanov deyib.

 

O, AVRO-2016-nın seçmə mərhələsinin Türkiyə millisi ilə Bakıda keçirilən qarşılaşması haqda fikirlərini açıqlayıb. Süleymanov 0:1 hesablı məğlubiyyətə görə futbolçuları qınayıb: “Kənardan da futbolçulara ötürmə verməyi tapşırırdıq. Sanki bizim futbolçular topu qəbul etdikdən sonra mütləq rəqibini aldatmalıdı. Niyə, anlamaq olmur. Futbolda udmaq da var, uduzmaq da. Biz bu gün Avropa çempionatının seçmə oyununda Azərbaycanı təmsil edirik. Futbolçuların intizamsız hərəkəti məni narahat etdi. Oyundan dərhal sonra söhbətimiz oldu, amma bununla bağlı müəyyən qərarlar vermək lazımdı. Futbolu 90 dəqiqə oynayırlar. Hətta son saniyələrdə qol vurub, məğlubiyyətdən qaçmaq, hətta qələbə qazanmaq olur. Bu gün bunu edə bilmədik və demək olar ki, mərhələ adlamaq şansımızın üzərindən xətt çəkdik”.

 

Mənbə: affa.az

Xəbər lenti