4 Avqust 17:43 “Sauthempton” “Qarabağ”ın oyununu gözləyir
FUTBOL xəbərləri 4 Avqust 17:43
2310 baxış

“Sauthempton” “Qarabağ”ın oyununu gözləyir

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi “Seltik” aparıcı futbolçularından birini itirə bilər. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, Şotlandiya klubunun müdafiəçisi Vircil van Diyk karyerasını İngiltərədə davam etdirməyə çox yaxındı.

 

Premyer Liqa təmsilçisi “Sauthempton” hollandiyalı futbolçunu transfer etmək niyyətindədi. İngilis klubu bununla bağlı qlazqolulara artıq rəsmi təklif də göndərib. Keçid reallaşarsa, “Seltik” 7 milyon avro qazanc əldə edəcək.

 

“Qarabağ”la sabahkı qarşılaşma van Diykin “Seltik” formasında son matçı ola bilər. Çünki “Sauthempton” həftəsonu start götürəcək Premyer Liqanın yeni mövsümünün ilk turuna qədər 24 yaşlı mərkəz müdafiəçisinin transferini rəsmiləşdirmək fikrindədi. Şotlandiya klubunun rəsmiləri isə məhz “Qarabağ”la görüşdən sonra bu məsələyə baxacağını qarşı tərəfə çatdırıb.

 

Qeyd edək ki, Vircil van Diyk “Seltik”ə 2013-cü ildə “Qroningen”dən keçmişdi.

Xəbər lenti