31 İyul 21:49 “Şaxtyor” rəhbərliyindən Luçeskuya böyük jest - FOTO
FUTBOL xəbərləri 31 İyul 21:49
1204 baxış

“Şaxtyor” rəhbərliyindən Luçeskuya böyük jest - FOTO

Rumınyalı məşhur baş məşqçi Mirça Luçeskunun 70 illik yubileyinə “Şaxtyor” rəhbərliyi tərəfindən maraqlı mükafat hazırlanıb. Apasport.az saytının məlumatına görə, “şaxtaçılar”ın rəhbərliyi Luçesku üçün heykəl hazırlatdırıblar.

 

Bürüncdən hazırlanmış sənət əsəri artıq “Donbass Arena”nın önündə yerləşdirilib. Klub rəhbərliyinin bildirdiyinə görə, Ukraynada siyasi vəziyyət stabilləşəndən sonra Luçesku üçün daha böyük heykəl hazırlatdıracaqlar və təntənəli açılış edəcəklər.

 

Qeyd edək ki, rumınyalı mütəxəssis 11 ildir ki Donetsk klubunu çalışdırır.

Xəbər lenti