14 Noyabr 01:38 Şehiçin komandası ev oyununda qələbə qazana bilmədi - YENİLƏNİB
FUTBOL xəbərləri 14 Noyabr 01:38
9938 baxış

Şehiçin komandası ev oyununda qələbə qazana bilmədi - YENİLƏNİB

AVRO-2016-nın seçmə mərhələsinin pley-off oyunları çərçivəsində daha bir matç baş tutub. Apasport.az saytının məlumatına görə, Bosniya və Herseqovina millisi İrlandiyanı qəbul edib.

 

"Qarabağ"ın qapıçısı İbrahim Şehiçin heyətində yer aldığı balkanlılar öz meydanında qalib gələ bilməyiblər. Matçın son 10 dəqiqəsində vurulan qarşılıqlı iki qolla bərabərə qalan rəqiblər nəticəni növbəti oyuna saxlayıblar.

 

Qeyd edək ki, rəqiblər arasında cavab oyunu noyabrın 16-da keçiriləcək.

 

AVRO-2016-nın seçmə mərhələsi

Pley-off

İlk oyunlar

 

13 noyabr

Bosniya və Herseqovina - İrlandiya - 1:1

Qollar: Dzeko, 85 - Bredi, 82

 

Xəbər lenti