7 İyul 09:14 “Səhvlərimizi aradan qaldırmalıyıq” – Dmitri Nazarov
FUTBOL xəbərləri 7 İyul 09:14
5707 baxış

“Səhvlərimizi aradan qaldırmalıyıq” – Dmitri Nazarov

Azərbaycan yığmasının üzvü Dmitri Nazarovun komandası “Karlsrue” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytı xəbər verir ki, Almaniya təmsilçisi toplanış çərçivəsində ilk yoxlama oyununu keçirib.

 

“Karlsrue” Çexiya klubu “Pribram”la qarşılaşıb. Nazarovun start heyətində yer aldığı və 90 dəqiqə meydanda olduğu matçın ilk hissəsi qolsuz bərabərliklə başa çatıb.

 

Fasilədən sonra almanlar təzyiqi artıraraq, hesabı açmağı bacarıblar. Oyuna sonradan daxil olan İlian Miçanskinin vurduğu qol “Karlsrue”yə qələbə qazandırıb – 1:0.

 

Matçla bağlı Almaniya mətbuatına fikirlərini bölüşən Dmitri Nazarov komandasında çatışmazlıqların olduğunu bildirib: “Rəqibimiz güclü idi. Qələbə qazanmaq istəkləri açıq-aşkar görünürdü. Təbii ki, yoxlama oyunları bizim üçün böyük önəm kəsb edir. Bu görüşdəki səhvlərimizi araşdırmalıyıq. Dəqiq ötürmə verməkdə çətinlik çəkirdik. Buna görə də, top ayağımıza düz gəlmirdi. İstənilən halda, qələbə qazanmaq xoş hissdi. Amma səhvlərimizi də təhlil edib, aradan qaldırmalıyıq”.

 

Qeyd edək ki, Nazarovun komandası son mövsümdə Bundesliqaya yüksəlmək şansını pley-offda əldən verib. 

Xəbər lenti

Xəbər lenti