4 Avqust 22:16 “Seltik” Bakıda məcburi köçkünlərin komandası ilə futbol oynayıb - FOTOSESSİYA - YENİLƏNİB
FUTBOL xəbərləri 4 Avqust 22:16
5564 baxış

“Seltik” Bakıda məcburi köçkünlərin komandası ilə futbol oynayıb - FOTOSESSİYA - YENİLƏNİB

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Ağdamın “Qarabağ” komandası ilə cavab oyunu üçün Bakıya gələn Şotlandiyanın “Seltik” klubunun üzvləri, eləcə də Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq bu gün Binəqədi rayonunda məcburi köçkünlər üçün yeni salınmış yaşayış kompleksində olublar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Komitəsinin sədr müavini Fuad Hüseynov futbol komandasının üzvlərinə və onları müşayiət edən mətbuat nümayəndələrinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranma tarixi barədə ətraflı məlumat verib.

 

F. Hüseynov bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.
 

Sonra “Seltik” futbol klubunun üzvləri məhəllədə olan Zəngilan rayon 4 nömrəli məcburi köçkün tam orta məktəbində yaradılmış şəraitlə tanış oldular və məktəbin idman zalında həmin məktəbin şagirdlərindən ibarət futbol komandası ilə futbol oynayıblar.

 

Sonda xatirə şəkilləri çəkdirilib.

 

Qeyd edək ki, bu barədə "Seltik" klubunun rəsmi saytı da məlumat yayıb.

Xəbər lenti