8 Avqust 12:04 “Seltik”in “Qarabağ” önündə bəxti gətirdi - “Yanq Boyz”un yeni çalışdırıcısı
FUTBOL xəbərləri 8 Avqust 12:04
7392 baxış

“Seltik”in “Qarabağ” önündə bəxti gətirdi - “Yanq Boyz”un yeni çalışdırıcısı

“Qarabağ” çox güclü komandadı. Son iki ilin Azərbaycan çempionudu. Onlarla bağlı araşdırmalarımız davam edir”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Yanq Boyz”un məşqçisi Harald Qamperle deyib.

 

Uli Fortenin istefasından sonra müvəqqəti olaraq baş məşqçi postuna gətirilən Qamperle Ağdam klubunun “Seltik”ə qarşı oyunlarını da dəyərləndirib: “Qarabağ” “Seltik”ə qarşı da yaxşı oyun nümayiş etdirdi. Hətta deyərdim ki, Şotlandiya klubunun bəxti gətirdi. İşimiz çətin olacaq. Ancaq bizim də hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaqdı”.

 

O bildirib ki, “Yanq Boyz”u çalışdırmağa özündə güc hiss edir: “İndi yalnız komandaya kömək etmək barədə düşünürəm. Yeni baş məşqçinin kimliyi barədə fikirləşmək istəmirəm. Əlbəttə ki, bu peşəyə başlayan hər kəsin arzusu baş məşqçi olmaqdı. Əvvəl-axır mən də baş məşqçi olmalıyam. Özümdə bu gücü görürəm də. Amma indi buna iddia etmirəm. Bu klubda istənilən vəzifədə çalışmağa hazıram”.

 

Qeyd edək ki, “Qarabağ”ın “Yanq Boyz”la oyunları avqustun 20-də və 27-də baş tutacaq.