29 İyul 10:13 “Seltik”lilərin “Qarabağ”ı tərifləməsi…" - Qurban Qurbanov
FUTBOL xəbərləri 29 İyul 10:13
3220 baxış

“Seltik”lilərin “Qarabağ”ı tərifləməsi…" - Qurban Qurbanov

“Seltik” böyük tarixi olan klubdu. Onların gücü hər kəsə bəllidi”. Apasport.az saytı “Qarabağ” klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində bu gün baş tutacaq “Seltik” – “Qarabağ” matçından öncə Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov mətbuat konfransı keçirib.

 

O bildirib ki, “Seltik”lilərin oyundan öncə “Qarabağ”ı tərifləməsi onları daha məsuliyyətli olmağa vadar edir: “Seltik” özünəməxsus futbol sərgiləyir. Rəqibin heyətində hansısa futbolçunun adını çəkməyim düzgün olmazdı. Yetərincə yüksək keyfiyyətli oyunçuları var. “Seltik” matçın favoritidi. Amma bu oyunda istənilən nəticə qeydə alına bilər. “Seltik”lilərin “Qarabağ”ı tərifləməsi onların yüksək peşəkarlığından irəli gəlir. Əlbəttə, bizim üçün bu sözləri eşitmək xoşdu. Amma bu bizi daha məsuliyyətli olmağa vadar edir. Belə gözəl stadionda, çoxsaylı azarkeşlər önündə oynamaq maraqlı olacaq. Futbolçularımın hər hansısa təzyiqlə üzləşəcəyinə inanmıram. Onların belə oyunlarda təcrübəsinin olduğunu düşünürəm”

Xəbər lenti

Xəbər lenti