11 Sentyabr 10:35 Sergey Zenyov PAOK-a qarşı oynaya biləcəkmi?
FUTBOL xəbərləri 11 Sentyabr 10:35
3622 baxış

Sergey Zenyov PAOK-a qarşı oynaya biləcəkmi?

“Qəbələ”nin estoniyalı hücumçusu Sergey Zenyovun zədəsi ciddi deyil. Bu barədə apasport.az saytına “qırmızı-qaralar”ın məşqçisi Sənan Qurbanov məlumat verib.

 

Estoniya yığmasının düşərgəsindən “Qəbələ”yə zədəli qayıdan futbolçu dünən tibbi müayinədən keçib. Məlum olub ki, Zenyovun vəziyyəti yaxşıdı. Məşqlərdə iştirak edən hücumçu özünü yaxşı hiss etdiyini bildirib.

 

Qurbanovun sözlərinə görə, Estoniya millisinin üzvü “İnter”lə çempionat oyunundan fərqli, Avropa Liqasında PAOK-la qarşılaşmada mütləq iştirak edəcək: “Ola bilsin, “İnter”ə qarşı matçda Zenyova istirahət verək. Amma PAOK-la oyunda meydana çıxması üçün heç bir problem yoxdu. O, həmin görüşdə “Qəbələ”yə kömək edə biləcək”.

 

Qeyd edək ki, Zenyov “Qəbələ” bu yay transfer olunub.

 

 

Xəbər lenti