7 Sentyabr 00:05 “Sevinirik ki, istəyimiz baş tutdu” – Roman Qriqorçuk
FUTBOL xəbərləri 7 Sentyabr 00:05
4495 baxış

“Sevinirik ki, istəyimiz baş tutdu” – Roman Qriqorçuk

"Biz uzun yol qət edib gəlmişdik ki, təlim-məşq toplanışı keçirib, hazırlığımızı daha yüksək səviyyəyə çatdıraq. Bunun üçün azarkeşlər önündə yoxlama oyunu keçirmək istəyirdik. Sadəcə yoxlama matçı deyil, beynəlxalq görüşlər səviyyəsində olan bir qarşılaşmada qüvvəmizi sınamaq fikrində idik". Apasport.az saytının məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna "Çernomorets"ini Odessadakı təlim-məşq toplanışı çərçivəsində yendikləri yoldaşlıq görüşündən sonra deyib.

 

O, istəklərinin baş tutması səbəbindən sevincini gizlətməyib. Qriqorçuk yerli azarkeşlərin oyuna və onun özünə marağından da razılıq ifadə edib:

 

"Sevinirik ki, istəyimiz baş tutdu. Odessada da "Çernomorets”lə görüşümüzə maraq oldu, yerli azarkeşlər rəsmi matça yaxın olan oyuna diqqət ayırdı. Azarkeşlərin oyun ərzində bir neçə dəfə adımı səsləndirib, dəstəkləməsi məndə xoş təəssürat yaratdı. Onların belə addımı "Çernomorets”də çalışdığım vaxtları xatırlatdı. Azarkeşlərə minnətdaram ki, həmin vaxtları unutmayıblar. Odessada çalışanda yaxşı komanda yaratmışdıq. Bunu onlar üçün etmişdik".

 

Qriqorçuk keçmiş yox, hazırkı komandasının oyununa diqqət yönəltdiyini də əlavə edib:

 

"Mən diqqətimi əsasən öz komandamın oyununa yönəltmişdim. Fikrimi komandadakı çatışmazlıqlara yönəltdiyimdən "Çernomorets”in oyununa çox nəzər yetirmədim”.

Xəbər lenti