17 İyul 18:34 “Simurq” dağıldı: “Rəvan” çempionata qayıdır!
FUTBOL xəbərləri 17 İyul 18:34
2961 baxış

“Simurq” dağıldı: “Rəvan” çempionata qayıdır!

Topaz Premyer Liqasında yeni mövsümün başlanmasına az qalıb. Apasport.az saytının məlumatına görə, elitanın yeni mövsümünə avqustun 8-də və 9-da keçiriləcək oyunlarla start veriləcək. 


Qarşıdakı günlər ərzində Peşəkar Futbol Liqası tərəfindən yeni mövsüm üçün püşkatmanın nəticələri açıqlanacaq. Artıq demək olar ki, elitada çıxış edəcək 10 komandanın kimliyi müəyyən edilib. 

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, 2015/2016-cı il mövsümündə maddi problemlər yaşayan Zaqatalanın “Simurq” klubu iştirak etməyəcək. Artıq bu komandanın dağılmasının rəsmən açıqlanması an məsələsidi. Bizə verilən bilgiyə görə, "sarı-qaraları" ötən mövsümü birinci divizionda keçirən “Rəvan” əvəz edəcək. Artıq tərəflər arasında məsələ müzakirə olunub və “Rəvan” rəhbərliyinin müsbət rəyi alınıb. 

Əslində, “Simurq” da elitada çıxışını davam etdirə bilərdi. Ancaq məsələ burasındadı ki, AFFA tərəfindən komandaya edilən 400 min dollarlıq yardım klub rəhbərliyini qane etməyib. Onların fikrinə görə, bu məbləğ elitada çıxış etmək üçün yetərli deyil. Elə bu səbəbdən də bazası, normal şəraiti və sponsoru olan “Rəvan”a üstünlük verilib. (sport7.az)

Xəbər lenti

Xəbər lenti