10 Sentyabr 08:25 Sneyder “Qalatasaray”dan ayrılır?
FUTBOL xəbərləri 10 Sentyabr 08:25
1056 baxış

Sneyder “Qalatasaray”dan ayrılır?

“Qalatasaray”ın hollandiyalı futbolçusu Uesli Sneyder komandasını dəyişə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin İtaliyaya, konkret olaraq, “İnter”ə qayıtmaq variantı var.

 

Sneyderin türklərlə müqaviləsi 1 ildən sonra başa çatacaq. O, İstanbul klubu ilə yeni sözləşmə imzalamaq fikrində deyil. Bunu nəzərə alan “Qalatasaray” rəhbərliyi yanvarda Sneyderlə yolları ayırmağı düşünür.

 

Qeyd edək ki, 2013-cü ildən “Qalatasaray”ın formasını geyinən Sneyder 106 oyunda 37 qola imza atıb. 

Xəbər lenti