4 Oktyabr 16:03 Sneyder “Qalatasaray”la “nikah təzələdi”
FUTBOL xəbərləri 4 Oktyabr 16:03
551 baxış

Sneyder “Qalatasaray”la “nikah təzələdi”

“Qalatasaray” hollandiyalı ulduz Uesli Sneyder ilə müqavilənin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi ilə daha iki illik anlaşma əldə olunub.

 

Bu gün “Türk Telekom Arena”da keçirilmiş imza mərasimində klub prezidenti Dursun Özbeklə birlikdə anlaşmaya imza atan Sneyder 2016-cı ildə bitəcək müqaviləsini 2018-ci ilə kimi uzadaraq azarkeşlərə rahat nəfəs aldırıb.

 

İmza mərasimində açıqlama verən ulduz oyunçu bu anlaşmanın “Qalatasaray”la bağladığı son müsahibə olmadığını bildirib.

Xəbər lenti